Rumıniya hazırda Rusiya qazından asılı deyil və gələcəkdə də onu satın almağı planlaşdırmır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ADIPEC konfransı çərçivəsində Rumıniya Energetika Nazirliyinin dövlət katibi Marius Poşa bəyan edib.
"Qaz təchizatından danışırıqsa, regionda mövcud olan resurslar bizə tamamilə kifayət edir. Biz artıq Rusiya qazından asılı deyilik, onsuz da vəziyyətin öhdəsindən gəlirik", — deyə Poşa qeyd edib.
Bununla belə, o, hazırda dünyadakı geosiyasi vəziyyətin tamamilə proqnozlaşdırılmaz olduğunu da diqqətə çatdırıb.
Dövlət katibinin sözlərinə görə, bu addım heç də Rumıniyanın Rusiya qazının idxalını bərpa etmək üçün Ukraynadakı münaqişənin bitməsini gözlədiyi mənasına gəlmir.
"Hazırkı məqamda biz gələcəkdə Rusiya qazından bir daha ümumiyyətlə istifadə etməmək üçün bütün hazırlıqlarımızı görürük", — deyə o, fikrini tamamlayıb.
QAZİLER.AZ

