Boris Nemtsovun qətlə yetirilməsinin yeganə şahidi Anna Duritskaya Kiyevə yola düşüb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna xarici işlər nazirliyinin nümayəndəsi Yevgeni Perebeynis bildirib.
“Bu dəqiqələrdə Anna Duritskaya təyyarə ilə Kiyevə yola düşüb. Ukraynanın Moskvadakı səfirliyi onun vətənə qayıtması üçün bütün tədbirləri görüb”, - deyə Y.Perebeynis bildirib.Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində qətlə yetirilib. B. Nemtsov qətlə yetirilərkən A. Duritskaya onun yanında olub.