Rusiya hərbçiləri "Yujnı" limanında və Qara dəniz akvatoriyasında Ukrayna ordusu üçün hərbi təyinatlı yüklər daşıyan iki dəniz gəmisini vurublar.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
"Odesa vilayətində, “Yujnı” limanında və Qara dəniz akvatoriyasında Ukrayna Silahlı Qüvvələri üçün hərbi əmlak və ikili təyinatlı yüklər gətirən quru yük gəmisi tipli iki dəniz gəmisi vurulub", — deyə nəşrdə qeyd olunur.
Rusiya müdafiə qurumundan bildiriblər ki, gecə əməliyyatının icrası zamanı Rusiya döyüşçüləri Kiliya limanının infrastrukturuna da zərbə endiriblər. Vurulan obyektlərdən Ukrayna hərbçiləri istifadə etdiyi vurğulanıb.
"Odesa vilayətinin Kiliya limanında – Ukrayna silahlı qüvvələrinin maraqları üçün cəlb olunmuş liman infrastrukturu vurulub", — deyə nazirliyin məlumatında qeyd olunub.
QAZİLER.AZ

