Rusiya Silahlı Qüvvələri noyabrın 3-nə keçən gecə Ukraynanın hərbi sənaye müəssisələrini və hərbi obyektlərini elektrik enerjisi ilə təmin edən enerji obyektlərinə zərbələr endirib.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Vinnitsa vilayətində 1800 MVt gücündə olan "Ladijinskaya" istilik elektrik stansiyası (IES) vurulub. Dnepropetrovsk vilayətində isə Rusiya qüvvələrinin zərbələrinə iki İES tuş gəlib: 2800 MVt gücündə olan "Krivorojskaya" və 1765 MVt gücündə olan "Pridneprovskaya" stansiyaları.
Bundan başqa, Xarkov vilayətində "Xarkovskaya" İES, həmçinin iki elektrik yarımstansiyası – "Zmiyevskaya" və "Losevo" vurulub.
Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri tapşırıqları yerinə yetirərkən pilotsuz uçuş aparatlarından və yüksək dəqiqlikli silahlardan istifadə ediblər. Söhbət həm yer, həm də hava bazalı komplekslərdən gedir.
QAZİLER.AZ

