Hava hücumundan müdafiə (HHM) qüvvələri gecə ərzində Rusiyanın 15 regionunda Ukrayna Silahlı Qüvvələrinin 856 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb.
"Ötən gecə ərzində növbətçi HHM qüvvələri tərəfindən Bryansk, Belqorod, Vladimir, Kaluqa, Kursk, Novqorod, Oryol, Rostov, Ryazan, Smolensk, Tver, Tula, Yaroslavl vilayətləri, Moskva regionu, Krım Respublikası ərazilərində və Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus təyyarə tipli 856 pilotsuz uçuş aparatı məhv edilib", — deyə paylaşımda bildirilib.
QAZİLER.AZ

