"Heç bir güc qarşısında baş əyməyəcəyik" - Əraqçi

"Heç bir güc qarşısında baş əyməyəcəyik" - Əraqçi backend

Biz dəfələrlə bəyan etmişik ki, güc tətbiq etməklə özümüzü müdafiə etməyə tam hazırıq, eyni zamanda danışıqlar yolu ilə ədalətli həllə nail olmağa da tam hazırıq.

Qaziler.az xəbər verir ki, bu barədə İRNA agentliyinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Biz öz konkret şərtlərimizi açıqlamış və yazılı planımızı təqdim etmişik. İndi hər şey Amerika tərəfindən - onlarda siyasi rasionallığın üstün gəlib-gəlməyəcəyindən, diplomatik yolla getmək, yaxud keçmişdə olduğu kimi təcavüzə can atmaq iradəsinin olub-olmamasından asılıdır.

Biz hər iki ssenariyə əvvəlkindən də daha yaxşı hazırıq. Əgər bizi yenidən sınamağa cəsarət etsələr, bilsinlər ki, əvvəlkindən qat-qat sərt cavab alacaqlar. Yox, əgər dürüst diplomatiya yolunu seçsələr, biz hərəkətə keçəcəyik. Hörmüz boğazının açılması ilə bağlı şərtlərimiz kifayət qədər aydın və şəffafdır. Əgər bu şərtlər qəbul olunarsa, Hörmüz boğazı açılacaq və danışıqlar bərpa olunacaq.

Biz öz prinsipial mövqelərimizdən geri çəkilməyəcək və heç bir güc qarşısında baş əyməyəcəyik. Eyni zamanda, biz dialoqa sadiqik və qarşı tərəf də bu cür yanaşma nümayiş etdirərsə, müsbət qarşılıqlı əlaqəyə hazırıq. Əks təqdirdə, əgər onların niyyəti aldatmaq və ya hərbi əməliyyatlara, təcavüzə əl atmaq olarsa, biz buna da hazırıq və onlar bizim qətiyyətli cavablarımızı görəcəklər", — deyə Əraqçi qeyd edib.

QAZİLER.AZ