Noyabrın 3-dən etibarən Rusiyada miqrasiya sahəsindəki qayda pozuntularına görə məsuliyyət sərtləşdiriləcək.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qanun xarici vətəndaşların inzibati deportasiyaya məruz qaldığı inzibati xətaların siyahısını ikiqat artırır. Deportasiya ilə cəzalandırılan maddələrin ümumi sayı 45-ə çatıb.
Bu xətaların siyahısına, xüsusilə xırda xuliqanlıq, kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulması, polis əməkdaşının qanuni tələbinə tabe olmamaq, eləcə də Rusiya Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması daxil edilib.
Bura, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı inzibati xətalar da əlavə olunub.
Beləliklə, Rusiyada qanunsuz işləyən, qeydiyyatsız qalan və ya digər miqrasiya qaydalarını pozan miqrantları (fiziki şəxsləri) əvvəlkindən daha çox və daha yüksək məbləğdə pul cərimələri gözləyir.
QAZİLER.AZ

