Çinin xarici işlər naziri Van İ İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri ilə görüş keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin XİN rəhbəri bildirib ki, Yaxın Şərqdəki hazırkı münaqişə uzanıb və digər regionlara da yayılıb, buna görə də yeganə çıxış yolu dialoq və danışıqlardır.
"Bütün tərəflər güc tətbiq etməyə əl atmadan, rasional və praqmatik ruhda siyasi həll yoluna diqqət yetirərək məsuliyyətlə hərəkət etməlidir. Çin Respublikasının sədri Si Cinpinin Yaxın Şərqdə gərginliyi azaltmaq barədə təşəbbüs və təkliflərini dəstəkləməyə və regionda sülhün bərpası üçün bütün tərəflərlə əməkdaşlığı davam etdirməyə hazırdır", - çinli siyasətçi bildirib.
Van İ vurğulayıb ki, qeyri-sabit beynəlxalq vəziyyətə baxmayaraq, Çin-İran münasibətləri sabit inkişaf edir, bu isə hər iki xalqın fundamental maraqlarına cavab verir və Qlobal Cənub ölkələrinin birlik və əməkdaşlıq istəklərinə uyğundur.
QAZİLER.AZ

