Tramp İlon Maskı qoruyacağına söz verdi

Tramp İlon Maskı qoruyacağına söz verdi backend

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra Demokratlar Partiyası qanunverici orqana (Konqresə) nəzarəti ələ keçirəcəyi təqdirdə, amerikalı sahibkar İlon Maskı və onun ən yaxın köməkçilərini Konqres tərəfindən aparıla biləcək mümkün təhqiqatlardan qoruyacağına söz verib.

Qaziler.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Amerika lideri bu barədə "Pod Force One" podkastı üçün verdiyi müsahibədə bəyan edib.

Ağ Evin rəhbəri qabaqlayıcı əfv fərmanlarının verilməsi barədə suala cavabında "Əgər buna ehtiyacım olsaydı — əlbəttə. Heç tərəddüd belə etməzdim", — deyib.

Qeyd edək ki, oktyabrın 13-də “Reuters” agentliyi məlumat vermişdi ki, Mask Respublikaçılar Partiyasının Konqresə nəzarəti saxlamasına kömək etmək üçün ABŞ-dakı aralıq seçkilərinə təxminən 366 milyon dollar xərcləyib. Bu cür xərclər Maskı 2026-cı il seçkilərində ən böyük siyasi donor edir.

QAZİLER.AZ