Ramzan Kadırova daha bir medal verildi

Ramzan Kadırova daha bir medal verildi backend

Rusiya Baş nazirinin müavini Dmitri Patruşev Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyinin "Yardıma görə" ("За содействие") medalını təqdim edib.

Qaziler.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, təqdimetmə mərasimi vitse-premyer regiona işgüzar səfəri zamanı baş tutub.

Patruşev Çeçenistan liderinə müraciət edərək, onun artıq üç ildir ki, ətraf mühitin mühafizəsi məsələləri ilə məşğul olduğunu qeyd edib.

"Bu mövzuya çox diqqətlə yanaşdığınız üçün sizə burada da təşəkkür etmək istəyirəm. Bununla bağlı bizim kiçik bir mükafatımız var", — deyə vitse-premyer bildirib.

Qeyd edilib ki, Patruşev Çeçenistana səfərini bazar ertəsi günü reallaşdırıb.

Xatırladaq ki, oktyabrın 7-də Rusiyanın digər vitse-premyeri Marat Xusnullin Kadırovu "Rusiyanın Fəxri Memarı" döş nişanı ilə mükafatlandırmışdı.

QAZİLER.AZ