Moldovalı deputatlar Dunay çayındakı Cürcülești (Giurgiulești) limanına baş çəkdikdən sonra ölkə hökumətini qanundan kənar yollarla Ukraynadan taxıl gətirməkdə ittiham ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə "Evimiz Demokratiya" (Democrația Acasă) partiyasının deputatı Vasili Kostyuk məlumat verib.
"Cürcülești limanında aşkar etdiklərimiz milli təhlükəsizliyimizə və onsuz da müflisləşmə həddində olan moldovalı fermerlərə ağır zərbə vurur", — deyə o bəyan edib.
Deputatın sözlərinə görə, qadağalara baxmayaraq, Ukrayna xammalı, xüsusilə də günəbaxan emal edilmək üçün ölkəyə kütləvi şəkildə daxil olur. Bu, milli maraqlara məhəl qoymayaraq, yağın Avropa bazarlarında Moldova məhsulu adı altında satılmasına şərait yaradır.
Müxalifətin iddiasına görə, bu praktika milli təhlükəsizliyə və yerli aqrarlara sarsıdıcı zərbə vurur. Ukrayna xammalı limanlarda emal edildiyi bir vaxtda, moldovalı fermerlər öz məhsullarını sata bilmir, anbarların dolub-daşması və artan bank borcları ilə qarşılaşaraq müflisləşmə həddinə çatırlar.
QAZİLER.AZ

