Polşanın BMT-dəki daimi nümayəndəsi istefa verdi

Polşanın BMT-dəki daimi nümayəndəsi istefa verdi backend

Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski ölkədəki Konstitusiya Tribunalı ilə bağlı yaranmış vəziyyət fonunda istefa ərizəsi yazıb.

Qaziler.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Vevyur "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Səfir Kşiştof Şerski xarici işlər naziri Radoslav Sikorskiyə müraciət edərək BMT-dəki diplomatik missiyasının müddətinin qısaldılmasını xahiş edib. Nazir Sikorski bu xahişi təmin edib. Səfir Şerski missiyasını elə bu ay başa vuracaq", — deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, oktyabrın 30-da axşam saatlarında Varşavada Konstitusiya Tribunalının binası qarşısına etirazçı kütləsi toplaşıb. Bir neçə nəfər binaya soxulmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Toplaşanlar arasında "Hüquq və Ədalət" partiyasının sədri, müxalifət lideri Yaroslav Kaçinski və keçmiş baş nazir Mateuş Moravetski də olub.

QAZİLER.AZ