II Dünya Müharibəsinin rusiyalı veteranı 104 yaşında vəfat etdi

II Dünya Müharibəsinin rusiyalı veteranı 104 yaşında vəfat etdi backend

II Dünya Müharibəsinin rusiyalı veteranı Tatyana Krontseva 104 yaşında Tomskda vəfat etdi.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 2-də Tomsk vilayətinin qubernatoru Vladimir Mazur məlumat verib.

Qubernatorun sözlərinə görə, Tatyana Krontseva həmişə çox doğru məsləhətlər verən, həyatsevər və xeyirxah bir insan olub. Mazur veteranın ailəsinə, yaxınlarına və Tomsk vilayətinin bütün veteranlar hərəkatına başsağlığı verib.

Krontseva 1922-ci ildə Tomsk vilayətinin Anikino kəndində anadan olub, əczaçılıq məktəbini bitirdikdən sonra təyinatla Altay diyarına yollanıb. Müharibənin ilk günlərindən Uzaq Şərqdə xidmətə başlayıb və 2-ci dərəcəli texnik-intendant rütbəsində cərrahi alətlər və tibbi avadanlıqlar şöbəsinin rəis müavini olub.

Veteran Qırmızı meydanda keçirilən Qələbə paradlarında iştirak edib. O, II dərəcəli "Vətən müharibəsi" ordeni, "Şərəf nişanı" ordeni, "Döyüş xidmətlərinə görə", "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə", "Yaponiya üzərində qələbəyə görə", "H.K.Jukov" medalları, "Tomsk şöhrəti" ordeni və digər mükafatlarla təltif olunub.

QAZİLER.AZ