İsrail artilleriyası Livanın cənubunu atəşə tutub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Şəbaa sərhəd bölgəsinin Vəzzani yaşayış məntəqəsinə endirilən zərbələr bir müddət öncə şiə-hərbi birləşməsi olan "Hizbullah"ın İsrail hərbçilərinə atəş açmasına cavabdır.
Livan hökumətindən verilən məlumatda deyilir ki, əraziyə əllidən çox mərmi düşüb və bu da əhali arasında təşvişə səbəb olub.
Xatırladaq ki, bir neçə gün öncə İsrail ordusuna aid patrul maşınının yoluna mina qoyulub. Partlayış nəticəsində maşındakı hərbçilər ağır yaralanıblar.