Rusiya və Çin arasında əməkdaşlığın həcmini təsvir etmək qeyri-mümkündür, tərəfdaşlıq bütün sahələri əhatə edir.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 2-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib.
"Bilirsiniz ki, qarşılıqlı əlaqələrimizin və əməkdaşlığımızın həcmini qiymətləndirmək praktiki olaraq qeyri-mümkündür, bu, nəhəng bir həcmdir. Və əlbəttə ki, beynəlxalq meydanda koordinasiya və bütün aktual məsələlər üzrə fikir mübadiləsi aparılır", — deyə Peskov bildirib.
Kreml nümayəndəsi iki dövlətin rəhbərliyi arasında müntəzəm təmasların vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Rusiya tərəfi Çin tərəfdaşları ilə ali səviyyədə keçirilən hər bir görüşü böyük maraqla gözləyir.
QAZİLER.AZ

