ABŞ Kipr prezidentinin Moskvaya səfərini pisləyib

ABŞ Kipr prezidentinin Moskvaya səfərini pisləyib backend

ABŞ hesab edir ki, Avropa İttifaqına üzv ölkələrin Rusiya ilə işgüzar əlaqələrinin genişləndirilməsi hazırkı vəziyyətdə yersizdir.

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf Kipr prezidentinin Moskvaya səfərini şərh edərkən bildirib.

“Biz dəfələrlə qeyd etmişik – hazırda Rusiya ilə heç nə olmamış kimi biznes əlaqələri qurmağın zamanı deyil”, deyə M.Harf vurğulayıb.

Məlum olduğu kimi, Kipr prezidenti Nikos Anastasiadis ötən həftə Moskvada səfərdə olub, dövlət rəsmiləri və Rusiyanın iri banklarının rəhbərləri ilə görüşüb.
Diaspora