"Apple" texnologiya şirkəti "Nvidia"nı qabaqlayaraq dünyanın ən bahalı şirkəti statusunu yenidən əldə edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Oktyabrın 30-na olan məlumata görə, "Apple"ın bazar kapitallaşması 5,03 trilyon dollara yüksəlib. Bu göstərici "Nvidia"da 4,93 trilyon dollar təşkil edib.
Qeyd edək ki, "Apple" sonuncu dəfə iyulun sonunda "Nvidia"nı geridə qoyaraq dünya şirkətləri arasında bazar dəyərinə görə ilk sıraya yüksəlmişdi.
"Apple"ın yenidən lider mövqeyə qayıtması investorların süni intellekt sektoruna yönəldilən investisiyalarla bağlı artan narahatlıqları fonunda baş verib. Agentliyin məlumatına görə, investorlar "iPhone" istehsalçısının səhmlərini daha etibarlı investisiya vasitəsi kimi qiymətləndirirlər.

