Qətərin qaz ixracı 80% çökdü

Qətərin qaz ixracı 80% çökdü backend

2026-cı ilin üçüncü rübündə Qətər cəmi 4 milyon ton mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) ixrac edib.

Qaziler.az xəbər verir ki, "Sərhədsiz ticarət" nəşrinin yaydığı məlumata görə, 2025-ci ilin orta rüblük göstəricisi olan 20 milyon tonla müqayisədə bu, ixracın 80% azalması deməkdir.

Bu göstərici ilə ölkənin qlobal MTQ ixracatçıları reytinqindəki mövqeyi ikinci pillədən yeddinci pilləyə enib. Eyni dövr ərzində ABŞ-nin MTQ ixracı isə 15% artaraq 32 milyon tona çatıb.

QAZİLER.AZ