Son bir həftə ərzində İsrailin cənubundakı aviabazalara ABŞ-nin 10-dan çox hərbi-nəqliyyat təyyarəsi eniş edib.
Qaziler.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, son yük reyslərinin böyük hissəsini yerinə yetirən təyyarələr Texas ştatının El-Paso şəhərindəki "Biqqs" ordu aerodromundan havalanıb. Məlumata görə, təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənubunda yerləşən "Nevatim" və "Ovda" aviabazalarına istiqamət alıblar.
Son günlərdə həmçinin ABŞ-nin İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt də daxil olmaqla Yaxın Şərqin digər ölkələrindəki bazalarına Amerika hərbi yüklərinin çatdırılması məqsədilə daha bir neçə reys reallaşdırılıb.
Nəqliyyat təyyarələrinin daşıdığı yüklərin tərkibi məlum deyil, lakin bunun ABŞ-nin İranla mümkün yeni hərbi əməliyyatlar dalğası ərəfəsində regiondakı hava hücumundan müdafiə sistemlərini gücləndirmək səyləri ilə bağlı olduğu ehtimal edilir.
QAZİLER.AZ

