Əfqanıstanda xaşxaş istehsalı kəskin şəkildə artıb

Əfqanıstanda xaşxaş istehsalı kəskin şəkildə artıb backend

Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin yeni hesabatına əsasən, 2025-ci illə müqayisədə Əfqanıstanda tiryək istehsalının həcmi 400% artıb.

Qaziler.az təşkilatın hesabatına istinadla xəbər verir ki, 2026-cı ildə 43 000 hektar sahədə xaşxaş əkilib, halbuki bir il əvvəl bu göstərici cəmi 10 000 hektar idi. Faktiki olaraq, istehsal olunan məhsulun həcmi ötən ilki 300 tondan bu il 1500 tona yüksəlib.

2022-ci ildə Əfqanıstanda yenidən hakimiyyətə gələn radikal islamçı "Taliban" hərəkatı tiryək istehsalını qadağan etmişdi. Sənəddə qeyd olunur ki, artımdan asılı olmayaraq, hazırda xaşxaş əkinləri "Taliban"ın qadağasından əvvəlki 200 000 hektar sahə ilə müqayisədə hələ də qat-qat az ərazini əhatə edir.

Bununla belə, BMT-nin hesabatına görə, tiryək ticarəti vasitəçilərinin gəliri 525 milyon avroya çatır ki, bu da Talibanın tiryək qadağasını tətbiq etməzdən əvvəlki dövrlə təxminən eynidir.

QAZİLER.AZ