Rusiya və Ukrayna ombudsmanları Melaniya Trampa müraciət etdi - VİDEO

Rusiya və Ukrayna ombudsmanları Melaniya Trampa müraciət etdi - VİDEO backend

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova ABŞ-nin birinci xanımı Melaniya Trampa müraciət edərək, Oleşka şəhərindəki kimi humanitar missiyaların mütəmadi xarakter almasını xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya ombudsmanı bildirib ki, o, ABŞ liderinin həyat yoldaşına ukraynalı həmkarı Dmitro Lubinetsin də adından müraciət edir. Tərəflər birinci xanımdan ehtiyacı olan sakinlərə humanitar yardımların çatdırılması missiyalarının daimi edilməsinə kömək göstərməsini və bu prosesin koordinasiyasını öz üzərinə götürməsini istəyirlər.

Xatırladaq ki, Xerson vilayətinin Oleşka şəhərində humanitar missiya ilə əlaqədar oktyabrın 27-dən noyabrın 1-dək atəşkəs rejimi tətbiq edilmişdi. Bu rejim ABŞ-nin birinci xanımının vasitəçiliyi və koordinasiyası sayəsində razılaşdırılmışdı.

QAZİLER.AZ