Rusiyada İnsan Hüquqları üzrə Müvəkkil Yana Lantratova Oleşka şəhərində humanitar missiya üçün nəzərdə tutulan atəşkəs rejiminə tam əməl olunduğunu bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Atəşkəs rejimi barədə saziş bağlanmışdı və buna tam əməl olundu", — deyə Ombudsman jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Oleşka sakinlərinə lazım olan bütün yardımlar - ərzaq, tibbi ləvazimatlar, gigiyena vasitələri və yanacaq çatdırılıb. O əlavə edib ki, şəhərdə qalan sakinlərin növbəti ehtiyaclarından xəbərdar olmaq üçün onlarla əlaqədə qalmağa davam edəcək.
Qeyd edək ki, 23 oktyabrda Ağ Ev Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukraynanın Oleşka şəhərinə humanitar yardımın çatdırılmasına və sakinlərin təxliyəsinə imkan yaratmaq üçün atəşkəs elan etdiyini açıqlamışdı. Belə ki, bu şəhərdəki humanitar missiya ilə əlaqəli ərazilərdə atəşkəs 27 oktyabrdan 1 noyabra qədər qüvvədə olacaq.
QAZİLER.AZ

