Almaniyada yırtıcı heyvan parkın azyaşlı ziyarətçisinə hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Nəşr yazır ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hücum anında səkkizyaşlı qız parkın əməkdaşları və digər iki uşaqla birlikdə mühafizə olunan hasarlı sahənin daxilində olub və yırtıcı qəfildən onun üzərinə atılıb. Baş nahiyəsindən xəsarətlər alan uşaq helikopterlə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisə ziyarətçilər canavarları yemləyən zaman baş verib. Parkın saytında bu xidmət yabanı təbiətə toxunmaq üçün təhlükəsiz bir imkan kimi təqdim olunur. Park müvəqqəti olaraq bağlanıb, hüquq-mühafizə orqanları heyvanın hücum səbəbini araşdırır.
QAZİLER.AZ

