Bali adasında rusiyalı turistlərin olduğu kater yanıb - VİDEO

Bali adasında rusiyalı turistlərin olduğu kater yanıb - VİDEO backend

İndoneziyanın Bali adası yaxınlığında dörd rusiyalı turist və bir bələdçinin olduğu gəmidə partlayış baş verib.

Qaziler.az bildirir ki, hadisə barədə "Shot" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə Nusa-Penida adası yaxınlığında qeydə alınıb. Murad, Amiran, Alima və Amina adlı dörd Rusiya vətəndaşı özəl snorklinq (üzgüçülük) turuna çıxıblar. Qayıq "Gamat Bay" körfəzini tərk edərkən gəminin arxa hissəsində partlayış baş verib və alov qısa müddətdə bütün su nəqliyyat vasitəsini bürüyüb. İlkin ehtimallara görə, hadisəyə səbəb akkumulyatorun partlaması olub.

Partlayışdan dərhal sonra istirahət edənlər və bələdçi suya tullanaraq sahilə çıxmağa müvəffəq olublar. Onlara kömək təxminən bir saat sonra çatıb – sudan keçən digər motorlu qayığın sürücüsü turistləri görüb və göyərtəyə götürüb.

Hadisə nəticəsində turistlərin xəsarət almadığı bildirilir. Lakin kapitan ayaqlarından ağır dərəcəli yanq хəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəzadan əvvəl katerin təmir olunduğu və texniki baxışdan keçdiyi məlum olub. Turdan əvvəl gəmi təkrar yoxlanılıb və saz vəziyyətdə olduğu müəyyən edilib. Hazırda partlayışın dəqiq səbəbləri araşdırılır.

QAZİLER.AZ