İsrail Ukrayna və Rusiya arasında vasitəçiliyə hazırdır, lakin müraciət yoxdur

İsrail Ukrayna və Rusiya arasında vasitəçiliyə hazırdır, lakin müraciət yoxdur backend

İsrail Ukrayna ilə Rusiya Federasiyası arasında baş tuta biləcək mümkün danışıqlarda vasitəçi qismində çıxış etməyə hazırdır, lakin hələlik tərəflərdən heç biri belə bir xahişlə müraciət etməyib.

Qaziler.az-ın "RBK-Ukrayna"ya istinadən məlumatına görə, bu barədə İsrailin Ukraynadakı səfirinin müavini Mila Tsur müsahibəsində bildirib.

"İsrail hər zaman imkanları daxilində istənilən sülh danışıqlarına kömək etməyə hazırdır, çünki biz sülhə dəyər veririk və insan həyatını hər şeydən üstün tuturuq. Lakin hesab edirəm ki, hazırda bu prosesə bizim cəlb olunmağımızı tərəflərdən heç biri istəmir və bununla bağlı müraciət etmir. Bu vəziyyət bir mətbəxdə həddindən artıq çox aşpazın olmasına bənzəyir", — deyə diplomat qeyd edib.

Tsur həmçinin əlavə edib ki, hazırda dünyada zorakılığı dayandırmağa, müharibəyə son qoymağa çalışan və həm Ukrayna, həm də Rusiya üçün ən yaxşısını istəyən digər vasitəçi ölkələr də mövcuddur.

QAZİLER.AZ