Zelenskinin İsrailə səfəri nə vaxt baş tuta bilər - Səfirlik nə deyir?

Zelenskinin İsrailə səfəri nə vaxt baş tuta bilər - Səfirlik nə deyir? backend

Ukrayna Prezidenti Volodimir Zelenskinin İsrailə rəsmi səfəri bu ölkədə yeni hökumət and içdikdən sonra baş tuta bilər.

Qaziler.az bildirir ki, bu barədə İsrailin Ukraynadakı səfir müavini Mila Tsur "RBC-Ukrayna" agentliyinə verdiyi eksklüziv müsahibəsində bəyan edib.

Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə İsrailin Baş naziri Benyamin Netanyahunun qarşılıqlı rəsmi səfərlərinin mümkünlüyü barədə sualı cavablandıran diplomat, tərəflərin bu addımda maraqlı olduğunu vurğulayıb. Mila Tsur: "Biz bu cür ali səfərlərin baş tutmasını çox istəyirik", - deyə bildirib.

Səfir müavini hazırda İsraildə daxili siyasi proseslərlə bağlı hökumətin müvəqqəti icraedici statusda olduğunu xatırladıb:

"Lakin anladığınız kimi, hazırda bizdə baş nazir vəzifəsini müvəqqəti icra edən şəxs fəaliyyət göstərir. Ümid edirəm ki, seçkilərdən sonra və ya yeni hökumət and içdikdən dərhal sonra belə yüksək səviyyəli səfərləri təşkil etmək mümkün olacaq. Bu, ikitərəfli münasibətlər üçün əla bir addım olardı".

Hazırda hər iki ölkənin xarici siyasət idarələri tərəfindən diplomatik təmasların və gələcək görüşlərin gündəliyinin hazırlanması istiqamətində işlərin davam etdirildiyi bildirilir.

Onun fikrincə, bu, ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Xatırladaq ki, bu yaxınlarda İsraildə parlament seçkiləri keçirildi.

QAZİLER.AZ