Himalay dağlarında sərnişin vertolyotunun qəzaya uğraması ilə bağlı genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hadisə barədə Hindistanın Uttarakhand ştatının baş naziri Puşkar Sinqx Dhami özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Baş nazir Coşimat yaxınlığındakı Çayen kəndi ətrafında baş verən hadisəni "kədərli xəbər" kimi xarakterizə edib.
News18 telekanalının əldə etdiyi eksklüziv məlumatlara görə, qəzaya uğrayan hava nəqliyyat vasitəsinin göyərtəsində pilot da daxil olmaqla ümumilikdə 6 nəfər olub.
İlkin ehtimallara görə, vertolyot yerli vaxtla saat 14:15 radələrində Badrinat şəhərindən havaya qalxıb. Güclü qar yağışı və dumanlı hava şəraitində uçuş edən hava gəmisi havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib və onunla rabitə əlaqəsi tamamilə kəsilib. Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.
QAZİLER.AZ

