Tramp səhhəti ilə bağlı suala görə əsəbləşdi

Tramp səhhəti ilə bağlı suala görə əsəbləşdi backend

Donald Tramp "Reuters" jurnalistini "xəstə və iyrənc" adlandırıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp, səhhəti və Kanzas ştatına planlaşdırılan səfərinin təxirə salınma səbəbləri ilə maraqlanan "Reuters" agentliyinin jurnalistini "xəstə və iyrənc" adlandırıb.

Hadisə Prezidentin Cənubi Karolinadan qayıtmasından sonra baş verib. Jurnalist, ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində Trampın gərgin səfər qrafikinə diqqət çəkərək, onun sağlamlıq vəziyyəti ilə maraqlanıb. Prezident özünü yaxşı hiss etdiyini desə də, müxbir şənbə gününə planlaşdırılan Kanzas səfərinin ləğv edilməsinin səbəbləri barədə soruşmağa davam edib.

"Siz xəstə insansınız. Yeri gəlmişkən, 'Reuters' bərbad bir agentlikdir", — deyə Tramp sualların cavabında bildirib. Onun sözlərindən "The New York Post" (NYP) qəzeti sitat gətirib.

QAZİLER.AZ