İspaniyada 24 yaşlı idmançı qatar qəzasında ölüb

İspaniyada 24 yaşlı idmançı qatar qəzasında ölüb backend

İspaniyalı yüngül atletika idmançısı Xulieta Qaleqo Toledo əyalətində iki sürətli qatarın toqquşması nəticəsində həlak olub.

Qaziler.az bildirir ki, bu barədə "Bild" məlumat yayıb.

Kral İspaniya Atletika Federasiyası (RFEA) idmançının ailəsinə, dostlarına və klub tərəfdaşlarına başsağlığı verib. RFEAA prezidenti Raul Çapado hadisəni bütün İspaniya atletika ailəsinə zərbə adlandırıb.

24 yaşlı idmançı uzunluğa tullanma üzrə ixtisaslaşıb və Madrid klubu AD Sprint-də yarışıb. O, müntəzəm olaraq İspaniya klub çempionatlarında iştirak edib və 5.90 metrlik şəxsi rekordu 2023-cü ildə Antekerada qeydə alınıb.

QAZİLER.AZ