Ukraynaya qarşı müharibədə iyirmi yeddi Uqanda vətəndaşı həlak olub və ya itkin düşüb. Onlar Rusiya ordusunda xidmət etmək üçün cəlb ediliblər.
Uqandanın Moskvadakı səfirliyindən Xarici İşlər Nazirliyinə göndərilən məktubda deyilir.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyinin məlumatında bildirilir.
Ukraynada Rusiya ordusu ilə birlikdə döyüşmək üçün cəlb edilən iyirmi yeddi uqandalı öldürülüb və ya həlak olduğu ehtimal olunur.
Məktubda öldüyü təsdiqlənmiş 11 Uqanda vətəndaşının və hərbi əsirlər də daxil olmaqla, cəsədlərinin heç yerdə tapılmadığı 16 Uqanda vətəndaşının adı çəkilir.
Uqanda Xarici İşlər Nazirliyinin rəsmisi məktubun həqiqiliyini təsdiqləyib.
QAZİLER.AZ

