İspaniyada ard-arda dəmir yolu hadisələri: Qəzadan bir gün sonra qatar tuneldə qaldı

İspaniyada ard-arda dəmir yolu hadisələri: Qəzadan bir gün sonra qatar tuneldə qaldı backend

İspaniyanın Toledo əyalətində onlarla insanın ölümü ilə nəticələnən dəhşətli dəmir yolu qəzasından cəmi bir gün sonra başqa bir sərnişin qatarı tuneldə xarab olaraq qalıb.

 

Qaziler.az bildirir ki, "La Razon" qəzetinin yaydığı məlumata görə, "Ouigo" şirkətinə məxsus 6775 nömrəli sürət qatarı Valdemoro və Vilyarrubiya-de-Santyaqo yaşayış məntəqələri arasındakı tuneldə dayanıb.


Hadisəyə elektrik xəttində yaşanan nasazlığın səbəb olduğu bildirilir. Qatar heyəti, xilasedicilər gələnə qədər vaqonların akkumulyator enerjisini qorumaq məqsədilə salondakı işıqları və kondisionerləri söndürmək məcburiyyətində qalıb. Bu səbəbdən sərnişinlər bir müddət qaranlıq və havasız məkanda kömək gözləməli olublar.


Xatırladaq ki, bu hadisədən cəmi bir gün əvvəl, oktyabrın 28-də eyni əyalətdə dəhşətli qəza qeydə alınmışdı. Madriddən Sevilyaya gedən "Renfe" şirkətinə məxsus "AVE" sürət qatarı, relslər üzərində dayanan "Iryo" özəl daşıyıcısının qatarı ilə toqquşmuşdu. Zərbənin gücündən bir neçə vaqon relsdən çıxaraq yüksək yamacdan dərəyə aşmışdı.


"Europa Press" agentliyinin rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, həmin qəza nəticəsində 170-dən çox insan yaralanıb, onlarla şəxs isə həyatını itirib. Qatarlarda azı 42 xarici ölkə vətəndaşının olduğu bildirilir. Hadisə ilə əlaqədar bir çox ölkənin, o cümlədən Rusiyanın Madriddəki səfirliyi İspaniya xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı ünvanlayıb.

QAZİLER.AZ