ABŞ-da populyar balqabaq fermasını ziyarət edən uşaqlar reanimasiyaya düşüblər

ABŞ-da populyar balqabaq fermasını ziyarət edən uşaqlar reanimasiyaya düşüblər backend

ABŞ-ın Kaliforniya ştatında San Luis Obispoda məşhur balqabaq fermasını ziyarət edən beş nəfər E. coli-yə yoluxub. 

Qaziler.az bildirir ki, "The New York Post" qəzetinin yaydığı məlumata görə, San-Luis-Obispo dairəsində fəaliyyət göstərən "Brookshire Farms" aqroturizm müəssisəsini gəzən 5 nəfərdə təhlükəli bağırsaq çöpü infeksiyası (E. coli) aşkarlanıb.


Yerli səhiyyə rəsmilərinin verdiyi məlumata görə, yoluxanlardan ikisi böyük, üçü isə azyaşlıdır. İnfeksiyanın ağır fəsadlar törətməsi səbəbindən hər 3 uşaq dərhal xəstəxananın pediatrik intensiv terapiya (reanimasiya) şöbəsinə yerləşdirilib. Həkimlər uşaqların vəziyyətini ciddi olaraq qiymətləndirirlər.

Dairənin baş sanitariya həkimi Kristi Malkerin mətbuata açıqlamasında bildirib ki, laboratoriya analizləri nəticəsində xəstələrdə kəskin diareya və intoksikasiya yaradan şigellyoz (qanlı ishal) qeydə alınsa da, infeksiyanın konkret olaraq hansı obyektdən və ya qidadan keçdiyi hələlik dəqiq müəyyən edilməyib.


Hadisədən dərhal sonra genişmiqyaslı epidemioloji araşdırmalara başlanılıb. "Brookshire Farms" rəhbərliyi istintaq müddətində digər qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə balqabaq sahələrini, qarğıdalı labirintlərini və bütün mövsümi attraksionları könüllü olaraq ziyarətçilərin üzünə bağlayıb.

Səhiyyə Departamenti oktyabrın ortalarından bəri həmin fermada olan və özündə mədə sancısı, qusma, yaxud yüksək qızdırma kimi simptomlar hiss edən bütün şəxslərə dərhal tibbi yardım almağı tövsiyə edir.

QAZİLER,AZ