Rusiya Prezidenti Vladimir Putin "fenomenal iş qabiliyyəti" ilə seçilir.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" qəzetinə müsahibəsində prezidentin Rusiya - Afrika sammitindəki gərgin iş qrafikini şərh edərkən bildirib.
"Bu, fenomenal bir iş qabiliyyətidir, məhz buna görə də o, Rusiya Federasiyasının prezidentidir", - deyə Peskov qeyd edib.
Qeyd edək ki, üçüncü Rusiya - Afrika sammiti oktyabrın 27-dən 29-dək Moskvada keçirilir. Tədbir ərəfəsində Peskov Putinin çoxlu sayda görüşlərinin planlaşdırıldığını bildirmişdi. Oktyabrın 28-də dövlət başçısı sammit iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edib. Ziyafət Böyük Kreml Sarayının Qranovitaya palatasında baş tutub.
QAZİLER.AZ

