Tramp İrana göndərilən məktubla bağlı: “Məqsəd sülh danışıqları deyil”

Tramp İrana göndərilən məktubla bağlı: “Məqsəd sülh danışıqları deyil” backend

Bu gün ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla danışıqları bərpa etmək məqsədilə bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə məktub göndərməsinə dair xəbərləri təkzib edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Gənc Reportyorlar Klubu" məlumat yayıb. 

Bildirilib ki, “The Wall Street Journal” qəzetinin məlumatına münasibət bildirən Tramp əlaqənin İranla sülh danışıqlarının bərpasına deyil, xəstələrin müalicəsi üçün zəruri tibbi avadanlıqların ölkəyə çatdırılması məsələsinə aid olduğunu deyib.

Qəzet daha öncə ABŞ rəsmilərinə və məlumatlı mənbələrə istinadən Vensin Rzayiyə məktub göndərdiyini və bunun Tehranla Vaşinqton arasında danışıqların yenidən başlanması istiqamətində atılan addım olduğunu yazmışdı.