Zaxarova Obamanın ukraynalılara xəyanət etdiyini bəyan edib

Zaxarova Obamanın ukraynalılara xəyanət etdiyini bəyan edib backend

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın administrasiyası Ukrayna vətəndaşlarına öz tarixlərini unutmaları və milli maraqlarından imtina etmələri müqabilində "Qərb demokratiyasından" maddi fayda vəd edərkən xəyanət edib.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında bildirib.

Oktyabrın 28-də Obama Atlantadakı mitinq zamanı prezident Donald Tramp administrasiyasının Ukraynaya dair siyasətini tənqid edib və Birləşmiş Ştatların ukraynalılara xəyanət etdiyini iddia edib.

"Obama ABŞ-nin ukraynalılara xəyanət etdiyini bildirdi. Nəhayət, Obamanın dilindən bizim uzun müddətdir danışdığımız həqiqətlərin etirafı səsləndi", — deyə Zaxarova qeyd edib.

QAZİLER.AZ