İspaniyada qatarların toqquşması kompüterlərin işində baş verən nasazlıqdan sonra qeydə alınıb.
Qaziler.az xəbər verir ki, bunu İspaniyanın nəqliyyat naziri Oskar Puente bəyan edib. Onun sözlərini RTVE telekanalı sitat gətirib.
Nazirin verdiyi məlumata görə, xəta səbəbindən yüksək sürətli qatarların idarə edilməsinə cavabdeh olan LZB təhlükəsizlik sistemi sönüb. Hadisə baş verən zaman 6 qatar relsdə dayanıb. Qəza dispetçer mərkəzinin "Renfe" şirkətinə məxsus qatara hərəkət icazəsi verməsindən sonra baş verib və nəticədə həmin qatar "Iryo" şirkətinin qatarına çırpılıb.
Nazir qəzaya dispetçerlərin səhv qərarının və bu qərarın "Renfe" qatarının maşinistinə ötürülməsinin səbəb olduğunu təsdiqləyib. Lakin Puente digər qatarların dayanmasına rəğmən həmin qatara niyə hərəkət icazəsi verildiyini izah edə bilməyib və nasazlığın dəqiq səbəbini açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 28-i səhər saatlarında İspaniyada iki qatar toqquşub. Madriddən Sevilyaya hərəkət edən "Renfe" şirkətinə məxsus AVE qatarı yolda dayanmış özəl daşıyıcı "Iryo"ya aid qatara çırpılıb, bundan sonra bir neçə vaqon relsdən çıxaraq yamacdan aşağı yuvarlanıb. Qəza nəticəsində 68 nəfər həlak olub.
QAZİLER.AZ

