Melaniya Tramp Oleşkidəki atəşkəslə bağlı paylaşım etdi - FOTO 

Melaniya Tramp Oleşkidəki atəşkəslə bağlı paylaşım etdi - FOTO  backend

Rusiya və Ukrayna Xarkov vilayətinin Oleşki şəhərində minalardan təmizləmə əməliyyatlarına başlayıblar.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp "X" sosial şəbəkəsində yazıb.

"Rusiya və Ukrayna humanitar yardımın Oleşki şəhərinə təhlükəsiz keçidini təmin etmək üçün minalardan təmizləmə əməliyyatlarına başlayıblar. Bu əməliyyatlar Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsin də təsdiqlədiyi kimi, atəşkəs haqqında razılaşmaya uyğun olaraq həyata keçirilir", — deyə o bildirib.

Bundan əvvəl Rusiyada insan hüquqları üzrə müvəkkil Yana Lantratova da Xarkov vilayətinin Oleşki şəhərində yolların minalardan təmizlədiyini açıqlamışdı.

Xatırladaq ki, oktyabrın 23-də Ağ Ev ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Oleşki şəhəri ərazisində humanitar atəşkəs barədə razılığın əldə olunduğunu açıqlamışdı. Atəşkəs Moskva vaxtı ilə 27 oktyabr saat 04:00-da başlayıb.

Melaniya Tramp humanitar karvanların təhlükəsiz keçidini təmin etmək üçün atəşkəs zonasının genişləndirildiyini diqqətə çatdırıb.

QAZİLER.AZ