“Abu-Dabidə təkcə ərazilər müzakirə olunmayacaq” - Zelenski

“Abu-Dabidə təkcə ərazilər müzakirə olunmayacaq” - Zelenski backend

Noyabrda Abu-Dabidə keçiriləcək danışıqlarda energetika sahəsində və dənizdə atəşkəs, hərbi əsirlərin mübadiləsi, həmçinin Rusiya koloniyalarına düşmüş ukraynalıların taleyi müzakirə olunacaq.

Qaziler.az "RBC-Ukraina"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

"Biz həmçinin uşaqların məsələsini, onların necə qaytarılacağını və bir çox humanitar məsələləri həll etməliyik. Təkcə ərazilər deyil — hansı ki rəsmi Moskva və Vaşinqton üçün ən mühüm məsələdir, bu həqiqətdir. Biz əraziləri də müzakirə etməyə hazırıq, lakin liderlər səviyyəsində", — deyə o qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, Kiyev görüşün noyabrın 10-na qədər, daha dəqiq desək, noyabrın 6-sı və 10-u arasında keçiriləcəyinə ümid edir. O vurğulayıb ki, danışıqlar bu və ya digər şəkildə texniki olaraq baş tutacaq, lakin sammitin keçiriləcəyi yer dəyişə bilər. Zelenski bildirib ki, Ukrayna danışıqların tarixi ilə bağlı ABŞ-dən cavab gözləyir.

Qeyd edək ki, daha əvvəl Zelenski açıqlamasında Abu-Dabi danışıqlarının ABŞ-dəki aralıq seçkilərdən sonrakı günlərdə, noyabrın 10-da baş tuta biləcəyini bildirmişdi.

QAZİLER.AZ