ABŞ Şimali Koreyaya (KXDR) qarşı məhdudiyyətlər çərçivəsində iki Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına Rusiya vətəndaşları — İlya Boykov və Vitold Obertas daxil edilib. Rusiya vətəndaşları ilə yanaşı, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) daha səkkiz Şimali Koreya vətəndaşını da sanksiya siyahısına salıb.
Həmçinin sanksiyaların Vladivostokda fəaliyyət göstərən "First Financial and Technical Development Center" şirkətinə qarşı da tətbiq edildiyi bildirilir.
QAZİLER.AZ

