"Amazon"un 31 yaşlı əməkdaşı "ChatGPT"nin qurbanı oldu

"Amazon"un 31 yaşlı əməkdaşı "ChatGPT"nin qurbanı oldu backend

ABŞ-də "Amazon" şirkətinin 31 yaşlı əməkdaşı Bouen Van vəfat edib.

Qaziler.az "The New York Times" qəzetinə istinadla xəbər verir ki, o, epilepsiya (qıcolma) müalicəsini korreksiya etmək üçün "ChatGPT"dən istifadə edirmiş.

Qadın mütəmadi olaraq qıcolma əleyhinə dərmanlar qəbul edib. Ailəsinin bildirdiyinə görə, Bouen "ChatGPT"yə müraciət edib və epilepsiya müalicəsi ilə bağlı süni intellektin (Sİ) tövsiyələrinə tam güvənib.

"ChatGPT" Bouen üçün dərmanlardan tədricən imtina etməyi nəzərdə tutan fərdi qrafik tərtib edib və bu dəyişikliklər barədə həkimlərə məlumat verməməyi məsləhət görüb.

Yazışma zamanı qadın səhhətinin pisləşməsindən çat-bota dəfələrlə şikayət edib. Belə ki, süni intellektlə dialoqda vəziyyətin pisləşməsi səbəbindən yaranan narahatlıqla bağlı 158 mesaj qeydə alınıb. Cavabında isə sistem hər şeyin yaxşı getdiyinə dair onu əmin etməkdə davam edib.

Bir müddət sonra Bouen Vanda növbəti epilepsiya tutması baş verib və nəticədə o, dünyasını dəyişib. Qadının yaxınları hesab edirlər ki, baş verənlərə görə "OpenAI" şirkəti məsuliyyət daşıyır, çünki onun məhsulu həkimlə məsləhətləşmənin zəruriliyi barədə müvafiq xəbərdarlıqlar etmədən tibbi məsləhətlər verib.

QAZİLER.AZ