İspaniyadakı qatar qəzasında keçmiş nazir həlak olub

İspaniyadakı qatar qəzasında keçmiş nazir həlak olub backend

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölkənin keçmiş əmək naziri Fatima Banyes həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə "ABC" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 59 yaşlı keçmiş nazir İspaniyada toqquşmuş qatarlardan birində olub.

Qeyd olunur ki, 179 yaralıdan 50 nəfəri orta dərəcəli xəsarətlər alıb, daha 15 nəfərin vəziyyəti isə ağırdır. 68 nəfər isə həyatını itirib.

İspaniyada onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

QAZİLER.AZ