Rusiya və Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki şəhərində atəşkəs rejiminə əməl etməkdə davam edir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova məlumat verib.
Onun sözlərinə görə, istehkamçılar humanitar yardımın çatdırılması və dinc sakinlərin çıxışı üçün yolları minalardan təmizləyirlər.
O vurğulayıb ki, tərəflər oktyabrın 27-dən qüvvədə olan atəşkəs rejiminə riayət edirlər.
Qeyd edək ki, oktyabrın 23-də Ağ Ev məlumat yaymışdı ki, ABŞ-nin birinci xanımı Melaniya Trampın dəstəyi ilə Rusiya və Ukrayna arasında Oleşkidə lokal barışıq əldə olunub. Moskva vaxtı ilə 27 oktyabr saat 04:00-dan 1 noyabr saat 23:59-dək Oleşkidə sükut rejimi qüvvədədir.
QAZİLER.AZ

