Dağıstan hakimiyyəti Maxaçqalaya əhalisi 1 milyondan çox olan şəhər statusunun verilməsi məsələsini qaldırmaq qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə respublika rəhbəri Fyodor Şukin "Maks" messencerindəki kanalında məlumat verib.
O qeyd edib ki, ilin əvvəlinə olan məlumatlara görə, region paytaxtının əhalisinin sayı təxminən 770 min nəfər təşkil edir, lakin faktiki olaraq şəhərdə 1,1 milyondan çox vətəndaş yaşayır. Məmurun sözlərinə görə, "Dağıstanstat" (Dağıstan Statistika İdarəsi) sakinlərin real sayının müəyyən edilməsi istiqamətində iş aparır.
Maxaçqalanın meri Cambulat Salavov ilə görüşün yekunlarına dair danışan Şukin: "Bu iş başa çatdıqdan sonra Maxaçqalaya milyonluq şəhər statusunun verilməsi məsələsi qaldırılacaq", — deyə bildirib.
O əlavə edib ki, bu status Dağıstan paytaxtının əlavə federal proqramlara və maliyyələşməyə çıxış əldə etməsinə imkan verəcək, yaşayış məntəqəsinin imicini və onun "Şimal — Cənub" beynəlxalq nəqliyyat dəhlizindəki mövqelərini gücləndirəcək.
QAZİLER.AZ

