ABŞ Ukraynaya ərazi güzəştləri ilə bağlı mövqeyini qəfildən dəyişdi - "Financial Times"

ABŞ Ukraynaya ərazi güzəştləri ilə bağlı mövqeyini qəfildən dəyişdi - "Financial Times" backend

Birləşmiş Ştatlar artıq danışıqlar prosesində Ukraynanın Rusiyaya hər hansı ərazi güzəştinə razılıq verməsi tələbində israr etmək niyyətində deyil.

Qaziler.az bildirir ki, "Financial Times" (FT) nəşrinin yaydığı məlumata görə, rəsmi Vaşinqton gələn ay Əbu-Dabidə Ukrayna ilə keçiriləcək üçtərəfli danışıqlar zamanı irəliləyişə nail olmağa ümid edir. Bu, fevral ayından bəri bu formatda baş tutacaq ilk görüş olacaq.

Danışıqların əsas mövzularından birini müharibə başa çatdıqdan sonra Ukrayna və Rusiya üçün təhlükəsizlik təminatlarının yaradılması təşkil edəcək. "FT" mənbələrinin bildirdiyinə görə, ABŞ əvvəllər Ukraynaya veriləcək gələcək təhlükəsizlik təminatlarını ərazi güzəştləri ilə şərtləndirsə də, sonradan rəsmi Kiyevin danışıqlar masasında torpaq ötürməsi barədə israrlı olmayacağını bəyan edib.

Bununla belə, Rusiya tərəfi danışıqlar mövqeyini yumşaltmağa hazır olduğuna dair hələlik heç bir işarə verməyib.

Eyni zamanda, Vaşinqton və Moskva bir sıra mümkün iqtisadi razılaşmaları da paralel şəkildə müzakirə edirlər.

QAZİLER.AZ