Şimali Koreya diktatoru Kim Çen In ordu komandanlığından hərbi təlimləri gücləndirməyi və bölmələrinin döyüş hazırlığını artırmağı tələb edib. O, bunu "əsas inqilabi vəzifə" adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə "The Korea Times" məlumat yayıb.
Kim bu tələbi Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərinin üçüncü iclasının iştirakçıları ilə fotosessiya zamanı səsləndirib.
"Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələrinin döyüş hazırlığını müharibə aparmaq üçün tam hazır vəziyyətə gətirməkdir və buna nail olmağın yolu gərgin və intensiv təlimi kökündən təkmilləşdirməkdir", - Koreya lideri deyib.
QAZİLER.AZ

