İtaliya Ukraynaya 13-cü yardım paketini dondurub - KİV

İtaliya Ukraynaya 13-cü yardım paketini dondurub - KİV backend

İtaliya Ukraynaya göndəriləcək 13-cü hərbi yardım paketinin tədarükünü növbəti dəfə təxirə salıb.

Qaziler.az bildirir ki,  "Il Giornale d'Italia" nəşrinin verdiyi məlumata görə, tam formalaşdırılmış hərbi yardım paketi noyabrın 3-nə qədər dondurulub.

Mənbələr qeyd edir ki, İtaliyanın Baş naziri Corcia Meloni bu məsələni yenidən aktivləşdirmək üçün ABŞ-da keçiriləcək aralıq seçkilərinin nəticələrini gözləyir.

Ardıcıl gecikmələr səbəbindən Ukraynaya ediləcək bu yardım partiyasının göndərilmə müddəti hələ də qeyri-müəyyən olaraq qalır.

Ukraynaya son yardım göndərilməsindən on ay keçib.

QAZİLER.AZ