Finlandiya Rusiya ilə əlaqələri bərpa etməyə çalışmır - Valtonen

Finlandiya Rusiya ilə əlaqələri bərpa etməyə çalışmır - Valtonen backend

Finlandiya Rusiya ilə siyasi münasibətləri bərpa etməyə çalışmır.

Qaziler.az bildirir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen DRM News YouTube kanalında yayımlanan Norveç və Ukrayna xarici işlər nazirləri ilə mətbuat konfransında bildirib.

"Finlandiyanın mövqeyi bəllidir. Biz Rusiya ilə siyasi əlaqələri bərpa etmək prosesində deyilik", - deyə diplomat bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Stere Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.

QAZİLER.AZ