Ukrayna, ABŞ və Rusiya arasında danışıqların ilkin olaraq 4 noyabrda BƏƏ-də keçirilməsi planlaşdırılır.
Qaziler.az bildirir ki, "The Guardian"ın verdiyi məlumata görə, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
Tusk bildirib ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Stör arasında Rusiya prezidenti ilə telefon danışığı onun, Prezident Volodimir Zelenski və Amerika tərəfi ilə məsləhətləşmələrdən sonra baş tutub.
"Avropa siyasətçiləri üçün Əbu-Dabidə baş tuta biləcək planlaşdırılan atəşkəs danışıqları ilə əlaqədar işgüzar əlaqələr qurmaq faydalı olardı", - Tusk qeyd edib.
Onun sözlərinə görə, Ukrayna, ABŞ və təcavüzkar ölkə arasında BƏƏ-də danışıqların təxminən 4 noyabr tarixinə planlaşdırılıb.
QAZİLER.AZ

