Uqandada 38 nəfəri öldürməkdə və hannibalizmdə şübhəli bilinən bir kişi həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə 27 oktyabrda ölkənin Baş Qərargah rəisi general Muhoozi Kainerugaba məlumat verib.
"Biz onu ictimaiyyət qarşısında mühakimə edəcəyik və mütləq edam edəcəyik", - deyə "The Daily Mail" qəzeti generalın sözlərini sitat gətirib.
Onun sözlərinə görə, Muyurisi Moses Uqanda tarixindəki ən pis seriyalı qatil və adamyeyən hesab olunur. O, 2010-2025-ci illər arasında Masaka, İbanda və Kazoda 38 nəfəri öldürməkdə və yeməkdə şübhəli bilinir. Qəzetin məlumatına görə, o, bütöv ailələrin evlərinə soxulub, divarlarda deşik açıb və onları pala ilə öldürüb. Qurbanlar arasında pastorun da olduğu iddia edilir.
Vətəndaşlar qohumlarının qətlləri barədə polisə məlumat verdikdən sonra iş böyüyüb.
Nəşrin nəzərdən keçirdiyi araşdırma hesabatında ölkənin cənubundakı Böyük Masaka şəhərində baş verən oxşar hücumlarda 35 nəfərin öldürüldüyü bildirilir. Bundan əlavə, şübhəli bir neçə dəfə saxlanılıb, lakin ya qaçıb, ya da şübhəli şəraitdə azadlığa buraxılıb.
QAZİLER.AZ

