Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına hücum ediblər

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına hücum ediblər backend

Yəmən husiləri Ər-Riyaddakı Müdafiə Nazirliyinin binasına raket zərbəsi endirdiklərini bəyan ediblər

Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endiriblər.

Qaziler.az bildirir ki, TASS agentliyinin verdiyi məlumata görə, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səri bəyanatla çıxış edib.

"Yəmən silahlı qüvvələri Səudiyyə düşməninin paytaxtı Ər-Riyaddakı Müdafiə Nazirliyinin binasına ballistik raketlə hücum edib", — deyə hərbi rəsminin açıqlamasında bildirilir.

Qeyd olunmalıdır ki, bundan bir neçə gün əvvəl də yəmənli husilər Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına ballistik raketlərlə zərbələr endirdikləri barədə məlumat yaymışdılar.

Regionda vəziyyətin kəskinləşməsi iyul ayının ortalarından etibarən başlayıb. Həmin vaxt Yəmənin hökumətyönlü qüvvələri İrandan husi nümayəndə heyətini gətirən təyyarənin Sana hava limanına enişi zamanı hücum təşkil etmişdilər.

QAZİLER.AZ